“Evlərində olmuşam, amma mən öldürməmişəm” - 17 yaşlı Aysunun qatili

“Evlərində olmuşam, amma mən öldürməmişəm” - 17 yaşlı Aysunun qatili
SOSİAL
09:50 13.06.2024
136
Ötən il Naxçıvan Muxtar Respulikasının Kəngərli rayonunda qətlə yetirilən 17 yaşlı Aysun İbrahimovanın cinayəti ilə bağlı məhkəmə araşdırması yekunlaşıb.

"Qafqazinfo”nun məlumatına görə, bu yaxınlarda Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə yeniyetməni öldürməkdə ittiham olunan 24 yaşlı Sərvin Məmmədova 15 il həbs cəzası verilib.

İstintaq Aysun cinayətini araşdırarkən dəhşətli faktların üstünü açıb. İstintaq materiallarında yazır ki, Sərvin Aysunla qonşu olsa da, aralarındakı tanışlıq avtobusda gedərkən yaranıb. Yolda Sərvin Aysunla yanbayan oturub, söhbət zamanı onun "instaqram” hesabını alıb. 

Aysunun bir il sonra ölümünə səbəb olacaq hadisənin qığılcımı şantajlarla başlayıb. Belə ki, Sərvin onda olan görüntülərini atasına göndərəcəyi ilə hədələyərək Aysunla münasibəti davam etdirməyə çalışıb.

Hadisə günü…
Cinayət baş verən gün Sərvin gecəyarısı qızın evdə tək olduğunu bildiyi üçün onlara gəlib, Aysun razılıq verməsə belə, məcbur evə daxil olub.
Bu vaxt onlar arasında mübahisə başlayıb, Aysun oğlandan özünə məxsus şəkil-videoları telefonundan silməsini tələb edib. Mübahisə zamanı əsəblərini cilovlaya bilməyən, Sərvin əvvəlcə Aysunu döyüb, daha sonra bıçaqla qətlə yetirib.
S.Məmmədova Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə), 157.2 (qanuni əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə zor tətbiq etmə hədəsi ilə mənzilə daxil olma) və 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) maddələri ilə ittiham verilib.

Amma təqsirləndirilən şəxs Aysunu öldürmədiyini deyir. O, ilkin istintaq vaxtı cinayəti boynuna alsa da, məhkəmədə inkar edib. Deyib ki, cinayəti məcbur edərək onun boynuna qoyublar. İttiham tərəfi ona Aysunun evində əl izlərinin tapıldığını xatırladıb. Sərvin isə Aysunun evində olduğunu, amma onu öldürmədiyini deyib. Cinayətin kim tərəfindən törədilməsindən də xəbərsiz olduğunu əlavə edib.
Aysunun hüquqi varisi qismində tanınmış atası isə təqsirləndirilən şəxsin dediklərinə inanmayıb. Hüquqi varis qızının Sərvin tərəfindən planlı şəkildə öldürüldüyünü deyib.

Hüseyn Məmmədovun sədrlik etdiyi məhkəmə heyəti təqsirləndirilən şəxsin dediklərini inandırıcı hesab etməyib. Hökmə əsasən, S.Məmmədov ittiham edildiyi maddələrlə təqsirli bilinib, cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməsi şərti ilə 15 il azadlıqdan məhrum edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
01:10 14.03.2025
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
Makron Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayır
00:26 14.03.2025
Makron Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayır
Ceyhun Bayramov BMT nümayəndəsi ilə mina təhlükəsi ilə mübarizəni müzakirə edib
23:52 13.03.2025
Ceyhun Bayramov BMT nümayəndəsi ilə mina təhlükəsi ilə mübarizəni müzakirə edib
Ağstafada dönərdən zəhərlənənlərin  sayı 10-a yüksəldi
23:43 13.03.2025
Ağstafada dönərdən zəhərlənənlərin sayı 10-a yüksəldi
Goranboyda 9 sinif şagirdinin qaçırıldığı iddia olunur
23:26 13.03.2025
Goranboyda 9 sinif şagirdinin qaçırıldığı iddia olunur
Dünənki qəzada həlak olan TƏBİB əməkdaşı iki gün əvvəl işə başlayıbmış - TƏFƏRRÜAT
23:16 13.03.2025
Dünənki qəzada həlak olan TƏBİB əməkdaşı iki gün əvvəl işə başlayıbmış - TƏFƏRRÜAT
Azərbaycan-Yunanıstan ikitərəfli və çoxtərəfli münasibətləri müzakirə olunub-FOTOLAR
23:13 13.03.2025
Azərbaycan-Yunanıstan ikitərəfli və çoxtərəfli münasibətləri müzakirə olunub-FOTOLAR
Ceyhun Bayramov Çinin Avropa məsələləri üzrə sabiq nümayəndəsi ilə regional məsələləri müzakirə edib
23:07 13.03.2025
Ceyhun Bayramov Çinin Avropa məsələləri üzrə sabiq nümayəndəsi ilə regional məsələləri müzakirə edib
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
22:56 13.03.2025
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
İsveç Ukraynaya 18 ədəd “Archer” artilleriya qurğusu göndərəcək
22:43 13.03.2025
İsveç Ukraynaya 18 ədəd “Archer” artilleriya qurğusu göndərəcək
Azərbaycan yunan-Roma güləşçiləri Avropa çempionatında 1 gümüş, 2 bürünc medal qazanıblar
22:27 13.03.2025
Azərbaycan yunan-Roma güləşçiləri Avropa çempionatında 1 gümüş, 2 bürünc medal qazanıblar
SOCAR Gürcüstandakı Kulevi neft terminalını genişləndirməyi planlaşdırır
22:22 13.03.2025
SOCAR Gürcüstandakı Kulevi neft terminalını genişləndirməyi planlaşdırır
Ağstafada dönərdən zəhərlənən şəxslərin kimliyi məlum olub
22:14 13.03.2025
Ağstafada dönərdən zəhərlənən şəxslərin kimliyi məlum olub
Avstriya XİN Bakı və İravanın sülh sazişi mətninin razılaşdırılmasını alqışlayır
22:06 13.03.2025
Avstriya XİN Bakı və İravanın sülh sazişi mətninin razılaşdırılmasını alqışlayır
"Real"ın futbolçusu 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq
21:56 13.03.2025
"Real"ın futbolçusu 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq
ABŞ Maliyyə Nazirliyi zərurət halında Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırdır
21:45 13.03.2025
ABŞ Maliyyə Nazirliyi zərurət halında Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırdır