xari

Evlərini tərk edən koronavirus xəstələri saxlanıldı - FOTO

SOSİAL
13:28 29.11.2020
346
Şabranda yaşadığı ünvanı tərk edən COVID-19 xəstələri müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Şabran RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus testi müsbət çıxmış şəxslərin yaşadığı ünvanı tərk edib-etməməsi yoxlanılarkən iki nəfərin – rayon sakinləri B.Aslanov və Z.Cavadovun karantin qaydalarına zidd davranaraq, yaşadıqları ünvanı tərk etdikləri müəyyən olunub.

Həmin şəxslərin qanunazidd hərəkətlərinin qarşısı alınıb və yenidən yaşadıqları ünvana gətiriliblər.

Həmin şəxslərin törətdikləri əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-də araşdırmalar davam etdirilir.
 

 

 


OXŞAR XƏBƏRLƏR