Evli cütlüklər Sevgililər günündə bir-birinə hədiyyə etməlidir mi? - Sosioloq danışır

Evli cütlüklər Sevgililər günündə bir-birinə hədiyyə etməlidir mi? - Sosioloq danışır
MARAQLI
17:15 13.02.2015
4511

Sabah dünyada Sevgililər Günü qeyd olunacaq. "Sevgililər günü ölkəmizdə qeyd olunmalıdırmı?"  "Bu bayram kimlərə şamil olunmalıdır?" bu və digər məsələlərlə bağlı Milli Virtual Kitabxananın rəhbəri, tanınmış kultroloq Aydınxan Əbilov AZXEBER.COM-a müsahibə verib. 

- Aydın bəy, sabah bütün dünyada Sevgililər günü qeyd olunacaq. Sizcə bu bayram ən çox kimlərə aiddir, evli adamlar da sevgililər gününü də qeyd etməlidir mi?

- Əvəllər xristianlıqla bağlı bir gün kimi başa düşülsə də, bu bayramı tam gündəmə gətirən və qəbul etdirən Şekspir olub. Onun Romeo və Cülyeto əsəri də bunun üzərində yazılıb. Artıq Azərbaycanda da böyük təmtəraqla qarşılanan bu bayram, əsasən subay gənclər arasında çox yayılıb. Buna baxmayaraq evli şəxslərdə bu bayramı qeyd edə bilərlər. Bir şey ki, sevgidir. Bu da ər və arvadın arasında da olur və düşünürəm ki, onların da bu bayramı keçirməsi normaldır. Ancaq buna baxmayaraq, onlar sırf bu özəl günü gözləməməlidirlər ki, bir birlərini təbrik etsinlər. Hər bayramda, bir birilərinə sevgilərini sübut etməyə, göstərməyə borcludurlar. Keçən il ölkəmizdə baş tutan 83 min evliliyin, 19 mini boşanma ilə nəticələnib. Evliliyinizi əldə saxlamaq üçün bu cür xoş günlərdən istifadə edərək dəyərləndirmək lazımdır. Bu bayramı təkcə subaylar yox, evlilər də qeyd etməlidir. 

- Əsasən biz görürük ki, bu cür bayramlarda hədiyyəni kişilər alır və sevgi münasibətlərində kişilər hegemon olur. Nə üçün xanımlar deyil məhz kişilər? Sizcə by gender bərabərliyinin pozulması deyil mi?- Doğru qeyd etdiniz. Son zamanlar bu məsələyə çox tez-tez rast gəlinir. Hansı ki, xanımlar kişilərdən müəyyən bir nəvaziş tələb etsələr də, bunu özləri qismən belə etmirlər. Bu düzgün deyil. Xanımlar bu qədər tələb etmələrinə baxmayaraq, bütün sahələrdə özlərini üstün göstərməyə çalışırlar. Nə üçün bu cür özəl bayramlarda elə məhz kişilər xanımları qonaq aparmalıdır, niyə məhz kişilər xanımlara hədiyyə almalıdırlar? Bunları ancaq kişilərdən tələb edən xanımlar, nə üçün özəl günlərdə ev işlərini kişilərin etməsini tələb edirlər? Ancaq xanımlar da nə isə etdikdə, kişilərə nə isə aldıqda, bu vaxt kişilər qınaq atəşinə tutulurlar. Xoşagəlməz sözlərlə qarşılaşırlar. Ən öndə də bilməliyik ki, kişinin kişi, qadının qadın yeri var. Bir daha qeyd edirəm ki, son zamanlar kişilərin hüquqları daha çox pozulur.

- "Sevgililər günü" cinsi azlıqlar arasında məhəbbətlərə və onların münasibətinə də şamil olunurmu ? 

- Sevgi anlayışının cinsə təsiri yoxdur. Ancaq çox təəssüf ki, bizim cəmiyyətdə sevgi dedikdə, intim, sex başa düşülür. Cinsi azlıqların hüququnu pozmaq istəmirəm və onlar üçün ayrı sevgililər gününə də ehtiyac yoxdur. Qoy elə 14 fevral günü onlar da bayram etsinlər. 

Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kreml: AEBA-nın nüfuzu ABŞ-nin İrana zərbələrindən sonra sarsılıb
18:55 25.06.2025
Kreml: AEBA-nın nüfuzu ABŞ-nin İrana zərbələrindən sonra sarsılıb
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
18:43 25.06.2025
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
18:30 25.06.2025
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
Jah Xalibin kariyerası bitir - SƏBƏB
18:06 25.06.2025
Jah Xalibin kariyerası bitir - SƏBƏB
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
17:48 25.06.2025
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
17:33 25.06.2025
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
17:25 25.06.2025
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
17:15 25.06.2025
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
16:54 25.06.2025
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək
16:41 25.06.2025
NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək
Bakıda maskalı şəxs mağazadan 34 min manat oğurlayıb
16:38 25.06.2025
Bakıda maskalı şəxs mağazadan 34 min manat oğurlayıb
Şəhid ailələri Silahlı Qüvvələr Günü ərəfəsində Zəngilan və Cəbrayılda olublar FOTO - VİDEO
16:19 25.06.2025
Şəhid ailələri Silahlı Qüvvələr Günü ərəfəsində Zəngilan və Cəbrayılda olublar FOTO - VİDEO
Yay aylarında necə qidalanmaq lazımdır?
15:49 25.06.2025
Yay aylarında necə qidalanmaq lazımdır?
Paşinyanın həyat yoldaşı Antalyada milyonlar xərclədi
15:31 25.06.2025
Paşinyanın həyat yoldaşı Antalyada milyonlar xərclədi
Xərçəngə tutulan məşhur aparıcı vəfat etdi
15:25 25.06.2025
Xərçəngə tutulan məşhur aparıcı vəfat etdi
UNRWA: Qəzzada dəhşətli vəziyyətlə üz-üzəyik
15:22 25.06.2025
UNRWA: Qəzzada dəhşətli vəziyyətlə üz-üzəyik