Evli kişi sevgilisini niyə öldürüb? - Sevgi cinayətinin təfərrüatları

Evli kişi sevgilisini niyə öldürüb? - Sevgi cinayətinin təfərrüatları
SOSİAL
11:38 11.09.2017
7446
Dünən Abşeron rayonunda ata və qızının öldürülməsi hadisəsinin təfərrüatları məlum olub.

AZXEBER.COM xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, Bakı-Şamaxı yolunun Sulutəpədən keçən hissəsində Müşfiq qəsəbə sakinləri -1953-cü il təvəllüdlü Əsədov Allahverdi Bədirxan oğlu və onun qızı, 1979-cu il təvəllüdlü Əsədova Samirə Allahverdi qızını bıçaqlayaraq öldürən Sahib Hacıyev avtomobil ustası olub.

Araşdırmalar zamanı məlum olub ki, ailəli olan 50 yaşlı Sahib Hacıyev özündən 12 yaş kiçik Samirə ilə bir neçə il əvvəl tanış olub və onlar arasında sevgi münasibəti yaranıb. Qeyri-rəsmi nikahda yaşayan cütlük arasında münasibətlər bir müddət əvvəl pozulub. Samirənin başqa şəxslə görüşdüyünü öyrənən Sahib ona dəfələrlə zəng vursa da, buna cavab ala bilməyib. Nəhayət Samirə Əsədova sevgilisinə başqa şəxslə də görüşə biləcəyini, onu belə qəbul etməsini söyləyib. Lakin Sahib qadının bu sözlərini qəbul etməyib və onu öldürməyi qərara alıb. Ardıcıl telefon zənglərinə cavab ala bilməyən 50 yaşlı kişi Samirəni hər dəfə rayonlara yola salıb-gətirən atasını izləməyə başlayıb. O, taksi sürücüsü olan Allahverdi Əsədovun Sulutəpə dairəsinin yaxınlığında qızını gözlədiyini müəyyən edəndən sonra Samirənin gəlməyini gözləyib. 38 yaşlı qadın atasının idarə etdiyi "VAZ 2107” markalı avtomobilə minən kimi Sahib idarə etdiyi "Mercedes”lə həmin maşını arxadan vurub. Nə baş verdiyini anlamağa çalışan Samirə ilə atası maşından düşüb. Bu zaman Sahib özü ilə gətirdiyi mətbəx bıçağı ilə Samirəyə 3 zərbə endirərək onu öldürüb. O, araya girən Allahverdi Əsədova da bir zərbə endirib və onun xəsarətinin ağır olduğunu görəndən sonra 64 yaşlı kişini də öldürüb.

Ətrafa xeyli insanın toplandığını görən Sahib Hacıyev maşınla evinə gedib və polisə zəng edərək onu aparmasını xahiş edib.

O da məlum olub ki, S.Hacıyev cinayəti törətməyə getməzdən əvvəl borclu olduğu şəxslərin pulunu verib. Bəlli olub ki, onun ailəsi də Sahibin Samirə ilə qeyri-rəsmi yaşamasından və onu dəlicəsinə sevməsindən məlumatlı olub.

Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
01:57 25.06.2025
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
21:32 24.06.2025
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
21:25 24.06.2025
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
Trampla Zelenskinin görüş tarixi məlum oldu
21:11 24.06.2025
Trampla Zelenskinin görüş tarixi məlum oldu