TV-də yayımlanan "Esra Erolla İzdivaç" evlilik verilişində növbəti qalmaqal meydana gəlib.
Özləm adlı gəlin namizədi əvvəl görüşdüyü bəy namizədinə gül göndərildiyini görüb, canlı yayımda əsəbiləşib.
"Səhərdən burada çətinliklə dayanıram. Bu adamı düz qabağımda otuzdurmusuz, sizitəbrik edirəm",- deyən gəlin namizədi söyüş söyərək canlı yayımı tərk edib.
Məsələyə evlilik proqramın aparıcısı Esra Erol müdaxilə edilib, Özlemin dedikləri təhqirlər efirə verilməyib.