Evlilik təklifini rədd etdiyinə görə kor edilən qadın baxıcısı ilə sevgili oldu - FOTO

Evlilik təklifini rədd etdiyinə görə kor edilən qadın baxıcısı ilə sevgili oldu - FOTO
DÜNYA
13:48 08.11.2017
5664

Üzərinə kimyəvi maddə atıldığına görə kor olan və üzü əriyən qadın özünə sevgili tapıb.

Onu xəstəxanada müalicə edən kişi çoxlarının yuxarıdan aşağı baxdığı qadına aşiq olub.

Pramodini Raul adlı hindistanlı qadın 15 yaşından sifətinə ondan xoşlanan oğlan tərəfindən kimyəvi maddə atıldığına görə kordur və üzü yanıb.

Ondan xoşlanan 25 yaşlı oğlan Pramodiniyə evlilik təklifi edib, rədd cavabı aldıqda isə onun üzünə kimyəvi maddə atıb.

 

Qadın xəstəxanaya yatırılıb. O, illərlə yataq xəstəsi olub. Pramodinini Rani adı ilə tanınan şəxs evində saxlayıb, onu müalicə edib.

Hazırda onlar sevgilidirlər. Saroj Kumar Sahoo adlı oğlan bildirib ki, onlar yaxın zamanda ailə quracaqlar.

///Milli.Az



OXŞAR XƏBƏRLƏR