Evlilikdən qaçmaq üçün ağlasığmaz üsul düşündü

DÜNYA
13:12 19.08.2014
7757
Amerika vətəndaşı evlənməmək üçün dəhşətli səbəb fikirləşib.
Taker Blendford Britaniyadan olan nişanlısı Aleks Lançesterlə evlənməmək üçün ona telefon vasitəsilə öldüyü xəbərini çatdırıb.
AZXEBER.COM AzerTac-a istinadən bildirir ki, Aleks bütün gücü ilə toya hazırlaşdığı zaman ona bir nəfər zəng edib və özünü Blendfordun atası kimi təqdim edib. Lançester danışır ki, həmin şəxs Blendfordun son vaxtlar depressiyada olduğunu və özünü maşının altına atdığını deyib.
Toy məsələlərini artıq həll etmiş yazıq qız bu xəbərdən şoka düşüb və bir müddət özünə gələ bilməyib. Üstündən bir qədər vaxt keçdikdən sonra Aleks "ölmüş" nişanlısının anasına zəng edib və Takerin sağ-salamat olduğunu öyrənib. Həmçinin o da məlum olub ki, qıza zəng edən elə Takerin özü olub.
Oğlan evlənməkdən elə qorxub ki, bu cür faciəvi yolla qızdan ayrılmaq istəyib. Aleks isə deyir ki, onu çox sevirdi və artıq kişilərə inamını itirib.
OXŞAR XƏBƏRLƏR