Çevrilişlə devrilmiş lider qaçmaq istədi, saxlanıldı

Çevrilişlə devrilmiş lider qaçmaq istədi, saxlanıldı
DÜNYA
10:43 20.10.2023
132
Nigerdə ​​devrilmiş prezident ev dustaqlığından qaçmaq istəyərkən yaxalanıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Nigerdə ​​26 iyul çevrilişindən sonra vəzifəsindən uzaqlaşdırılan və ev dustaqlığına buraxılan Məhəmməd Bazumun qaçmağa cəhd etdiyi bildirilib.

Televiziyada oxunan prezidentin bəyanatında Bazum və ailəsinin paytaxt Niameydən Nigeriyaya qaçmağa cəhd etdiyi bildirilib.
 
Açıqlamada qeyd olunub ki, Bazum və ailəsi 2023-cü il oktyabrın 19-da xarici ölkənin köməyi ilə Niameydən vertolyotla Nigeriyaya keçməyi planlaşdırsalar da, buna nail ola bilməyiblər.

Hadisə ilə bağlı istintaq açıldığı bildirilən açıqlamada Bazumun hazırda harada olduğu ilə bağlı heç bir təfərrüat verilməyib.

Qeyd edək ki, Nigerdə ​​prezident Bazum iyulun 26-da Prezident Mühafizəsi Alayının hərbçiləri tərəfindən saxlanılıb və həmin axşam hakimiyyəti ələ keçirdiklərini elan ediblər.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR