Evrim Akın aparıcısı olduğu verilişdən ayrıldı

Evrim Akın aparıcısı olduğu verilişdən ayrıldı
MAQAZİN
14:02 12.12.2025
193
Bu yaxınlarda "Bez Bebek" serialındakı həmkarı Asena Keskincinin qalmaqallı iddiaları ilə gündəmə gələn aktrisa Evrim Akın yeni qərar verib.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, 2023-cü ildən bəri aparıcısı olduğu "Ev Gezmesi" proqramı ilə yollarını ayırıb.
 
Aktrisa verilişdən ayrıldığını açıqlayıb.

Bu gedişin iddialarla əlaqəli olub-olmadığı hələlik məlum olmasa da, proqramın yeni aparıcı Asiye Acar olub.
 
Xatırladaq ki,aktrisa Asena Keskin sosial şəbəkədə paylaşdığı videoda Evrim Akının valideynlərinin boşanmasına səbəb olduğunu, aktrisanın atası ilə eşq yaşadığını demişdi.
 
Aysel
OXŞAR XƏBƏRLƏR