"Əvvəl analiz verdik, sonra" - Əmisi qızı ilə nişanlanan Əhməd

"Əvvəl analiz verdik, sonra" - Əmisi qızı ilə nişanlanan Əhməd
MAQAZİN
21:43 01.12.2018
7796
Müğənni Əhməd Mustafayev nişanlanmasından danışdı.
 
Sənətçi "Zaurla Günaydın" proqramında bildirib ki, ailə qurmağa hazırlaşdığı qız əmisi qızıdır. 

Aparıcı Zaur Baxşəliyev isə "Qaytar nişanı. Əmi qızı ilə evlənmək olar? Gələcəkdə o qədər problemlər olur ki... Biz görürük ki, uşaq olanda nə qədər xoş olmayan hallar yaşanır" sözlərini deyib.  

Əhməd isə analizlər verib, hər şeyi əvvəlcədən öyrəndiklərini bildirib:

"Mənim üçün sevgidən önəmli hörmətdir. Bir-birimizə hörmətimiz var. Bu, mənim üçün oyuncaq deyil. Kənar xanım deyil. Bunları əvvəlcədən düşünmüşük. Analizləri vermişik, heç bir problem yoxdur".

///Axşam.az
OXŞAR XƏBƏRLƏR