Əvvəl ərini, sonra məşuqunu mişarla doğradı - FOTO

MARAQLI
12:10 20.11.2012
2675
Avstriyada Goidsargi Estibaliz Carranza Zabala adlı qadının məhkəmə prosesi başlanıb.
Yerli jurnalistlərin "İlin məhkəməsi" adlandırdıqları prosesdə müttəhimlər kürsüsündə oturan qadın 2008-ci ildə ərini, 2010-cu ildə isə məşuqunu mişarla doğrayaraq qətlə yetirməkdə suçlanır.
İspaniya və Meksika vətəndaşı olan Zabala ilə bağlı prokurorun dediyinə görə, qadın əri Holqer Holz və məşuqu Manfred Şinterberqeri 22 çaplı "Beretta" tapançası ilə güllələyib, sonra cəsədləri mişarla doğrayaraq kiçik parçalara ayırmışdı.
Doğranmış kişilərin parçaları paytaxt Vyanada Zabalaya məxsus "Schleckeria" dondurma dükanının soyuducularından birinin altında tapılıb. Cəsəd qalıqları çuxurda basdırılandan sonra üstünə beton lövhə qoyulmuşdu.
Həbs ediləndə hamilə olan qadının bu ilin yanvarında doğduğu Roland adlı oğlu onun Barselonadakı valideynlərinə verilib.
"Ərimi öldürən gün o, kompüterdə işləyirdi. Məni cana yığmışdı, maniakal dərəcədə qısqanc idi. Onu güllələdim. Sonra isə cəsədlə nə edəcəyimi düşündüm. Yandırmaq istədim, amma sonra mişarla doğradım və basdırdım", - Zabala deyib.
Ərini qətlə yetirəndən bir müddət sonra Zabala Manfred Şinterberqerlə tanış olur və onun məşuqəsinə çevrilir.
"Lakin o da kişi çıxmadı. Məni vurur, döyürdü, çoxlu içirdi. Belə günlərdən birində məni yenə döydü, sonra yatağa uzandı və üzünü divara çevirib xoruldamağa başladı. Hirsli idim. Onu da tapança ilə güllələdim, sonra mişarla kiçik parçalara ayırdım. İnanın mənə ki, bütün bunları çarəsizlikdən etmişəm", - Zabala ağlayaraq deyib.
Prokuror Petra Freh isə məhkəmənin ilk iclasında bildirib ki, Zabala ikiüzlü, qəddar və hiyləgər qadındır.
"Bu qadın indi özünü məsum, yazıq göstərməyə çalışır. Ona inanmayın. Bu insan manyakdır, vəhşidir və layiqli cəzasını almalıdır", - Freh söyləyib.
Məhkəməyə 50 nəfər şahid və bir neçə ekspert cəlb olunub.
//milli.az

OXŞAR XƏBƏRLƏR