Əvvəl qardaşı, bu gün isə özü erməniyə qarşı

İDMAN
10:46 18.06.2015
3312
Sərbəst güləşçilərin mübarizəsi davam edir.
Bu gün Bakı-2015-də sərbəst güləş yarışları başa çatacaq.
AZXEBER.COM apasport-a istinadən xəbər verir ki, baş tutacaq 4 çəki ilə pəhləvanların mübarizəsi də yekunlaşacaq.
İlk gündə 2 qızıl və 1 bürünc medal qazanan sərbəst güləşçilərimiz bu gün də bütün çəkilərdə təmsil olunacaq.
61 kq çəki kateqoriyasında Avropa Oyunlarını 5-ci pillədə başa vuran və 1/4 finalda erməni Qarik Barsekyanı məğlub edən Yaşar Əliyevin ardınca qardaşı Hacı Əliyev də Ermənistanın təmsilçisi ilə qarşılaşacaq.
Avropa və dünya çempionumuz ilk cəhdindəcə Valodiya Franqulyanla münasibətinə aydınlıq gətirəcək. 1/8 final mərhələsinə təsadüf edəcək görüş saat 10:49-da başlayacaq.
70 kq çəki kateqoriyasında Avropa çempionumuz Ruslan Dibirhacıyev Avropa Oyunlarına 1/8 finaldan qatılacaq. 27 yaşlı güləşçimiz bu mərhələdə Miroslav Kirov (Bolqarıstan) – Maqomedmurad Hacıyev (Polşa) cütünün qalibini gözləyir.
86 kq çəki kateqoriyasında Nurmaqomed Hacıyev mübarizəyə 1/8 finaldan başlayacaq. 19 yaşlı güləşçimiz ilk cəhdində bolqarıstanlı Georgi Sredkovla üz-üzə gələcək. Qarşılaşma saat 10:56-da start götürəcək.
125 kq çəki kateqoriyasında Avropa və dünya çempionatının mükafatçısı Camaləddin Maqomedov ilk görüşünü Yonas Rudaviçiusa (Litva) qarşı keçirəcək. Döyüş saat 10:21-də başlayacaq.
Qeyd edək ki, sərbəst güləş yarışlarının ilk günündə Toğrul Əsgərovla (66 kq) Xetaq Qazyumov (97 kq) qızıl, Cəbrayıl Həsənov (74 kq) isə bürünc medal qazanıb.
OXŞAR XƏBƏRLƏR