Almaniyada yeni açılan mağazalarından biri müştəri cəlb etmək üçün qeyri-adi addım atıb. Belə ki, Danimarka ilə sərhəddə yerləşən supermarketə ilk gələn 100 nəfərə 270 avro dəyərində pulsuz bazarlıq imkanı verilib. Bunun üçün yeganə şərt isə mağazaya tamamilə çılpaq gəlmək olub. İlkin məlumata görə, 250 yaxın insan aksiyada iştirak etmək üçün gəlsə də, onlardan yalnız 100-ü bu şansdan yararlana bilib. Mağazanın menecerinin sözlərinə görə, aksiyada bu qədər adamın iştirak edəcəyini gözləməyiblər. Mağazaya gələn çılpaqların böyük əksəriyyəti isə gənc danimarkalılar olub. Onlar əsasən öz ölkələrində daha baha olan piyvə, limonad, konfet kimi məhsullar alıblar