Əvvəlcə ürəyindən bıçaqladı, sonra “Tik-Tok”a çəkdi - VİDEO

Əvvəlcə ürəyindən bıçaqladı, sonra “Tik-Tok”a çəkdi - VİDEO
DÜNYA
15:07 28.12.2021
717

Hadisə Türkiyədə baş verib.

AZXEBER.COM xəbər verir ki, İstanbulun Büyükçekmece bölgəsində gənclərin mübahisəsi cinayətlə yekunlaşıb.

Aralarında mübahisələri olan iki gənc problemlərini aydınlaşdırmaq üçün görüşüblər. Əslən Şərqi Türküstandan olan Ənsar H. görüş yerinə gəldikdən sonra Y.B.D tərəfindən ürəyindən bıçaqlanıb.

Bunun ardından Y.B.D yaraladığı şəxsin vidosunu çəkib "Tik-Tok”a yükləyib.

Hadisə zamanı ürəyindən bıçaqlanan Ənsar H. xəstəxanaya qaldırılıb. Polisin hadisə ilə bağlı başlatdığı istintaq tədbirləri nəticəsində şüphəli şəxs saxlanılıb.

Faktla bağlı cinayət işi qaldırılıb.

Ayşən Mirzəyeva