Çex Respublikasında COVID-19 ilə bağlı ən yüksək olan beşinci dərəcəli epidemioloji təhlükə elan edilib.
Bu barədə ölkənin səhiyyə naziri Yan Blatnı məlumat verib.
O, ölkədə yeni məhdudiyyətlərin tətbiq olunduğunu açıqlayıb.
Belə ki, dekabrın 27-dən apteklər, ərzaq və məişət malları dükanlarından başqa, bütün ticarət müəssisələri bağlanır. Həmçinin saat 21-dən 5-dək komendant saatı tətbiq olunur. Küçədə iki nəfərdən artıq toplaşmaq qadağan olunur.
Bundan əvvəl ölkədə iaşə məkanları, mədəniyyət və idman mərkəzləri də bağlanmışdı. Yanvarın 22-dək fövqəladə vəziyyət elan edilmişdi.