Çexiya Atatürkün heykəlini ucaltmaqdan imtina etdi

Çexiya Atatürkün heykəlini ucaltmaqdan imtina etdi
DÜNYA
20:35 15.08.2023
273
Türkiyə səfirliyinin Çexiyanın paytaxtı Praqada Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə Atatürkün heykəlinin ucaldılması ilə bağlı müraciəti rədd edilib.

AZXEBER.COM Türkiyə mətbuatına istinadla xəbər verir ki, Çexiya höküməti Atatürkün heykəlinin qoyulması tələbinin rədd edildiyini açıqlayıb:

"Türkiyə dövlətinin qurucusuna lazımi hörməti qoruyuruq, lakin heykəli Praqanın 6-cı səmtinə qoymayacağımıza qərar verdik”.

Bildirilib ki, qərar qəbul edərkən bir çox meyarları nəzərə alıblar.

Səfirlik Atatürk heykəlini Ankara küçəsində səfirlik binası ilə üzbəüz kiçik bir parka qoymaq istəyib. 

Şəbnəm
OXŞAR XƏBƏRLƏR