Çexiya öz vətəndaşlarına Ukrayna ordusunun sıralarına qoşulmağa icazə verdi

Çexiya öz vətəndaşlarına Ukrayna ordusunun sıralarına qoşulmağa icazə verdi
DÜNYA
18:44 02.08.2023
179
Çex Respublikasının Prezidenti Petr Pavel 14 ölkə vətəndaşının Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulmasına icazə verib.

Bu barədə Polşa mətbuatı xəbər verib.

Qeyd olunur ki, Ukraynadakı müharibədə leqal olaraq iştirak etmək istəyən çexlər üçün ölkə prezidentinin icazəsi zəruridir. Belə ki, Çexiya qanunvericiliyinə görə xarici ölkələrin silahlı qüvvələrdə xidmət etmək, zəruri hallar istisna olunmaqla, qadağandır.

Bu hüquq yalnız ölkə prezidentinin xüsusi sərəncamı ilə mümkündür, əks halda Ukraynadakı hərbi əməliyyatlarda iştirak edənləri Çexiyada cinayət təqibi gözləyir.
OXŞAR XƏBƏRLƏR