Çexiyada Ukraynanı dəstəkləmək üçün yürüş keçirilib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, minlərlə nümayişçi Çexiyanın paytaxtı Praqada demokratik dəyərləri qorumaq və Ukraynanı dəstəkləmək üçün yürüş təşkil edib.
Yürüş zamanı Ukrayna prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenska da onlayn çıxış edib. Yelena Zelenska ölkəsinin yarandığı gündən bəri ən qaranlıq dövründən keçdiyini bildirib və müharibədə baş verənlərə dözülməməsini istəyib.
O, ölkələrinə verilən dəstəyə görə təşəkkür edib və Rusiyanın müharibədə qalib gələ bilməyəcəyini bildirib.
Ayşən