Çexiyanı "Avroviziya"da o təmsil edəcək

Çexiyanı "Avroviziya"da o təmsil edəcək
MƏDƏNİYYƏT
16:24 12.12.2024
662
Çexiyanı 2025-ci ildə "Avroviziya"da təmsil edəcək şəxsin kimliyi bəlli olub
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Çexiyanı "Avroviziya 2025"də məşhur slovakialı müğənni Adonxs təmsil edəcək.
 
Xatırladaq ki, bu il İsveçin Malmö şəhərində keçirilən müsabiqədə isveçrəli müğənni Nemonun "The Code" mahnısı ilə qalib gəlməsindən sonra 2025-ci ilin ev sahibi vəzifəsini İsveçrə öz üzərinə götürüb.

Bu il "Avroviziya 2025"də 38 ölkə iştirak edəcək və Monteneqro iki illik fasilədən sonra müsabiqədə yenidən yer alacq.

Qeyd edək ki, bundan öncə İsveçrə 2 dəfə, 1956-cı ildə Lys Assia və 1988-ci ildə Celine Dionun çıxışları zamanı da qalib olmuşdu. 
 
Aysel
OXŞAR XƏBƏRLƏR