Çexiyanın Baş naziri koronavirusa yoluxdu

Çexiyanın Baş naziri koronavirusa yoluxdu
DÜNYA
19:45 29.03.2022
371
Çexiyanın Baş naziri Petr Fial koronavirusa yoluxub.

Bunu hökumət başçısı martın 29-da tviter səhifəsində yazıb.

"Bu gün (martın 29-da – red.) COVID-lə bağlı verdiyimi testin nəticəsi müsbət çıxdı. Əlbəttə, indi məni bir həftəlik özünütəcrid gözləyir. Mən işə daha tez qayıtmaq istəyirəm. Evdən işləməyə başlayacam”, - o bildirib.

Qeyd edək ki, Çexiyanın 10 milyon əhalisi var. Onlardan 3 799 158 nəfər koronavirusa yoluxub, 39 610 nəfər isə ölüb.
 
///Report
OXŞAR XƏBƏRLƏR