Əxlaq polisinin döydüyü 16 yaşlı qız vəfat etdi

Əxlaq polisinin döydüyü 16 yaşlı qız vəfat etdi
DÜNYA
11:26 23.10.2023
299
İranın paytaxtı Tehran metrosunda əxlaq polisi tərəfindən İslam qaydalarına görə baş örtüyü taxmadığı üçün döyülərək qatardan atılan Armita Geravand vəfat edib.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, 16 yaşlı Armita Geravand oktyabrın 1-də Tehran metrosuna minəndən sonra yıxılıb. Fəallar əxlaq polisini Armitaya hicab taxmadığı üçün hücum etməkdə günahlandırsalar da, səlahiyyətlilər Armitanın huşunu itirərək yıxılıdığını israr ediblər.
 
Hadisə ilə bağlı qatarın içindən və ya stansiyanın girişindən heç bir görüntü yayımlanmayıb.

Şahidlər Aminin polis tərəfindən döyüldüyünü desələr də, səlahiyyətlilər onun ölümünü əvvəllər mövcud olan sağlamlıq problemləri ilə əlaqələndiriblər.
 
Amini üç gün komada qaldıqdan sonra vəfat edib. Bundan sonra bütün ölkədə hökumət əleyhinə etirazlar başlayıb. 
 
Günel
OXŞAR XƏBƏRLƏR