Əxlaqsız hakim:- "Sevgilini neçə il həbsdə saxlayım?"

DÜNYA
14:53 16.12.2013
1672
İstanbulda 2009-cu ildəA.K.adlı bir qız iki noutbuk oğurlamış sevgilisi barədə polisə şikayətlənmişdi. Bakırköy məhkəməsində də həmin cinayətlə bağlı proses olub.
Milli.Az AHT-yə istinadən bildirir ki, proses zamanı hakim Yusuf Evcanşikayətçi qızı otağına çağırıb, kreslosuna oturdub.
"Daha sonra məni dartdı, zorla qucağına oturdu. "Saçların həlimdir. Çox şirinsən. Dodaqlarından, buxağından öpə bilərəm? Sevgilin həbsxanadan çıxandan sonra səni rahat qoymayacaq. Neçə il istəyirsən, ona o qədər cəza verim" söylədi", - A.K. polisə verdiyi ifadəsində bildirib.
Hakim Yusuf Evcan işdən çıxarılıb, cinayət məsuliyyətinə cəlb olunub.

OXŞAR XƏBƏRLƏR