Expressbank-da yeni təyinatlar

İQTİSADİYYAT
20:35 15.01.2020
5041
Expressbank-ın Pərakəndə Bankçılıq Departamentinin direktoru vəzifəsinə Tural Seyid təyin olunub.

Bu barədə "Marja"ya Bankdan bildirilib.

Tural Seyid 8 ildir bank sistemində, son 5 ildir Expressbank-da müxtəlif vəzifələrdə işləyir. O, Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq iqstisadi münasibətlər” fakültəsini bitirib.

Bankda Biznesin İnkişafı Departamentinin direktoru vəzifəsinə isə Rüfət Əhmədzadə təyin olunub.

Rüfət Əhmədzadə 10 ildir bank sistemində çalışır. O, 2014-cü ildən etibarən isə Expressbank-da Biznesin İnkişafı Departamentinin tərkibində müxtəlif vəzifələrdə işləyir. 

Rüfət Əhmədzadə Bakı Dövlət Universitetinin "Hüquqşünaslıq” fakültəsini bitirib.

OXŞAR XƏBƏRLƏR

X Mostbet