"EY İlin İş Adamı™" müsabiqəsi sahibkarlara böyük imkanlar yaradacaq

"EY İlin İş Adamı™" müsabiqəsi sahibkarlara böyük imkanlar yaradacaq
İQTİSADİYYAT
12:30 30.12.2019
4292
"Ernst&Young" şirkətinin Azərbaycanda ilk dəfə olaraq kiçik və orta sahibkarlar üçün keçirdiyi "EY İlin İş Adamı™"  müsabiqəsinə müraciətlər davam edir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin strateji tərəfdaşlığı ilə təşkil olunan müsabiqəyə Azərbaycan Beynəlxalq Bankı və BP dəstək verir, Ekvita şirkəti isə texniki dəstək göstərir. Müsahibimiz Azərbaycan Beynəlxalq Bankının Kiçik və orta sahibkarlarla iş departamentinin direktoru Nuru Xəlilovdur. O, müsabiqə barədə suallarımızı cavablandıracaq.  

- Nuru müəllim, "EY İlin İş Adamı™"  müsabiqəsinin keçirilməsində məqsəd nədir?

- Əvvəlcə, onu qeyd edim ki, "EY İlin İş Adamı™ qlobal bir platformadır. Azərbaycanda ilk dəfə olaraq sahibkarlar üçün keçirilən müsabiqə də regionda və dünyada sahibkarlıq biznesinə dəstək verən bu qlobal proqramın bir hissəsidir. Bu müsabiqə platforması 30 ildən çoxdur ki, fəaliyyətdədir. Hər il dünyanın 60-dan çox ölkəsində, 145 şəhərində keçirilir. Əsas məqsəd də uğurlu sahibkarları üzə çıxarmaq, onlara dəstək olmaqdır.

- Bu müsabiqə kiçik və orta sahibkarlara hansı imkanları yaradır?

- "EY İlin İş Adamı ™" müsabiqəsində iştirak etməklə sahibkarlar, ilk növbədə, öz biznes əlaqələrini, işgüzar çevrələrini genişləndirirlər. Bizneslərini böyütmək üçün yeni yollar kəşf edirlər. Müsabiqə onlara şirkət və komanda profillərini yüksəltmək imkanı verir.

- Müsabiqə bütün sahibkarlara açıqdır?

- Bəli, iştirak meyarlarına cavab verən hər bir iş adamı müsabiqəyə qatıla bilər.

- Bəs bu meyarlar nədən ibarətdir?

- Müsabiqəyə qoşulan sahibkar və onun təmsil etdiyi şirkət Azərbaycanda fəaliyyət göstərməlidir. Bundan başqa, iştirakçı ən azı son 3 il ərzində fəaliyyət göstərən şirkətin birbaşa rəhbəri və ya şirkətin səhmlərinin ən azı 20 faizi dəyərində biznesdə əhəmiyyətli şəxsi maliyyə payı olan və əməliyyatlar üzrə məsul şəxs olmalıdır. Bu şirkətə ən azı son 2 ildə rəhbərlik etməlidir. İştirakçının təmsil etdiyi şirkətin dövriyyəsi 1 milyon manatdan 30 milyon manatadək olmalıdır. Bir də, iştirakçı son 3 il üzrə vergi nəticələrinin izlənilməsini və maliyyə hesabatlarının təqdim olunmasını təmin edə bilməlidir. Bunlar əsas meyarlardır.

- Müsabiqə milli səviyyədə keçirilir?

- Bəli. Bütün iştirakçılar milli mərhələdə yarışacaq. Müsabiqənin qalibi isə 2020-ci ilin iyununda Monte-Karloda keçiriləcək Dünya üzrə İlin İş Adamı™ yarışında iştirak hüququ qazanacaq.

- Münsiflər kimlərdir?

- Müsabiqəyə qoşulmuş bütün sahibkarların müraciətlərini nüfuzlu beynəlxalq təşkilatları təmsil edən müstəqil münsiflər qiymətləndirəcəklər. Namizədliyin irəli sürülməsi və seçim prosesinin ardınca münsiflər uyğun namizədlər arasından finalçıları və qalibi seçəcəklər. Qiymətləndirmələr dövriyyədəki artım, mənfəət, iştirtakçının liderlik xüsusiyyətləri, yenilikçiliyə meylliliyi, yaradıcı və bacarıqlı marketinq tətbiqləri, sosial məsuliyyət, dayanıqlıq və s. bu kimi amillər əsasında aparılacaq.

- Sahibkarlar öz namizədliklərini necə irəli sürə bilərlər?

- Bunun üçün www.eoy.az saytına daxil olub qeydiyyatdan keçmək lazımdır. Müsabiqəyə olan böyük marağı nəzərə alaraq, müraciətlərin qəbulunun son tarixi yanvarın 19-a qədər uzadılıb. Sonrakı mərhələdə müraciətlərə baxılacaq, qiymətləndirmələr aparılacaq. Finalçılar və yekun qalib isə martın 11-də keçirilən qala mükafatlandırma mərasimində elan olunacaq.

- Necə bilirsiniz, Azərbaycan Beynəlxalq Bankının müştərisi olan kiçik və orta sahibkarlar bu müsabiqədə iştirak edəcəklərmi?

- Bu müsabiqə ölkəmizdə kiçik və orta sahibkarlıq biznesinin inkişafı baxımından çox gözəl bir yenilikdir. Ona görə də Azərbaycan Beynəlxalq Bankı "EY İlin İş Adamı™" müsabiqəsinə məmnuniyyətlə dəstək verir. Biz müştərilərimiz arasında fəal məlumatlandırma işləri aparırıq ki, belə bir imkan haqqında daha çox sahibkar məlumatlı olsun, müsabiqəyə qatılsın və bu proqramın yaratdığı imkanlardan faydalansın.

Ümumiyyətlə, Azərbaycan Beynəlxalq Bankı son dövrlər kiçik və orta sahibkarlığa dəstək məqsədilə bir sıra ardıcıl layihələr həyata keçirir. Hətta Bankda sırf bu müştəri seqmenti ilə işləyən ayrıca struktur bölmə də yaradılıb. Çalışırıq ki, bank məhsullarımız kiçik və orta sahibkarlar üçün daha sərfəli və əlçatan olsun. Xidmətlərimizi onların istəklərinə uyğunlaşdıraq. Bu layihələr nəticəsində getdikcə daha çox sahibkar Azərbaycan Beynəlxalq Bankının yaratdığı imkanlardan faydalana bilir. "EY İlin İş Adamı™" müsabiqəsinə dəstəyimiz də bu yöndə gördüyümüz işlərin tərkib hissəsidir.
 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"