Əyani tədris bərpa olunan məktəblərdə koronavirusla bağlı son vəziyyət AÇIQLANDI

Əyani tədris bərpa olunan məktəblərdə koronavirusla bağlı son vəziyyət AÇIQLANDI
SOSİAL
17:18 18.05.2021
512
Ötən gün ərzində Sumqayıt şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində koronavirusa (COVID-19) yoluxmuş bir şagird və bir heyət üzvü aşkar edilib.

Təhsil Nazirliyindən AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirilib ki, həmin şəxsin heç biri 
məktəbdə olmayıb:

"İki şagirdin isə hərarəti yüksək olub. Eyni zamanda, Gəncə şəhərində ötən gün 1 şagirdin yüksək hərarəti olub, COVID-19 virusuna yoluxma halı baş verməyib”.

Qurumdan qeyd edilib ki, Şəki şəhəri və Abşeron rayonunda ötən gün ərzində yüksək hərarəti olan şagird və ya heyət aşkarlanmayıb:

"COVID-19 virusuna yoluxma halı olmayıb. Qeyd edək ki, hərarəti yüksək olan şəxslər təhsil müəssisəsinə buraxılmayıb və barələrində yerli poliklinikalara məlumat verilib”.

Qeyd edək ki, ötən gün Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində əyani tədris qismən bərpa edilib.
OXŞAR XƏBƏRLƏR