Rusiya-Ukrayna müharibəsinin 1-ci ildönümü üçün Fransanın paytaxtı Parisdəki Eyfel qülləsinə Ukrayna bayrağının rəngləri işıqlandırılıb.
AZXEBER.COM xəbər verir ki, Fransanın paytaxtı Parisdəki Eyfel qülləsi Rusiya-Ukrayna müharibəsinin 1-ci ildönümü münasibətilə Ukrayna bayrağının rəngləri ilə işıqlandırılıb.
Paris meri Anne Hidalqo Ukrayna xalqına verilən dəstəyi sarı-mavi rənglərlə işıqlandırılmış Eyfel qülləsi ilə gücləndirmək ümidində olduqlarını bildirib.
Qeyd edək ki, Bu gün Rusiya-Ukrayna müharibəsinin başlamasından 1 il keçir.
Ayşən