Çəyirtkələr şəhəri zəbt etdi – qəribə olay

Çəyirtkələr şəhəri zəbt etdi – qəribə olay
DÜNYA
12:14 19.06.2023
246
ABŞ-nin Nevada ştatında kiçik bir şəhəri çəyirtkələrin "işğal etməsi” bölgədə yaşayan insanlarda böyük çaxnaşma yaradıb. 

AZXEBER.COM xəbər verir ki, sosial şəbəkələrdə bəzi istifadəçilər bunun qiyamət əlaməti olduğunu şərh ediblər.

Ayrı-ayrı evlərə soxulan çəyirtkələrin əkin sahələrini taladığı və nəqliyyatın hərəkətində də risk yaratdığı, maşınların çəyirtkələri əzməsi səbəbindən yolların sürüşkən olduğu bildirilib.

Səkilərdə, magistral yollarda və digər ictimai yerlərdə milyonlarla çəyirtkəni görən şəhər əhalisi səlahiyyətlilərə xəbərdarlıq edib. 

Bölgədə yaşayan vətəndaş açıqlamasında "Başımı pəncərədən çıxaranda bütün divarın çəyirtkə ilə örtüldüyünü gördüm. Bu vəziyyət məni çox qorxutdu", - deyə bildirib.

Ayşən

 


 

OXŞAR XƏBƏRLƏR