Əyləc əvəzinə qazı basdı - Bakıda qeyri-adi qəza - FOTO

Əyləc əvəzinə qazı basdı - Bakıda qeyri-adi qəza - FOTO
SOSİAL
10:26 18.03.2019
2601
Bakının Binəqədi rayonu 9-cu mikrorayon ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, qadın sürücü "Hyundai" markalı avtomobili park etmək istəyərkən əyləc əvəzinə qazı basıb və nəticədə maşın yaxınlıqdakı hündürlükdən aşıb.

Hadisə 9-cu mikrorayon, Mir Cəlal küçəsi, bina 63-ün qarşısında qeydə alınıb.

Sürücü xəsarət almayıb.
 

 

 


OXŞAR XƏBƏRLƏR