Əyləncə məkanında dəhşət: Ölənlər var

Əyləncə məkanında dəhşət: Ölənlər var
DÜNYA
11:04 02.10.2023
187
İspaniyanın cənub-şərqindəki Mursiya şəhərindəki əyləncə məkanına gedənlər dəhşət yaşayıb. 

AZXEBER.COM xəbər verir ki, səhər saatlarında baş verən hadisədə çoxlu insan həyatını itirib.

İspaniyanın Mursiya Fövqəladə Hallara Müdaxilə Koordinasiya Mərkəzindən verilən açıqlamada səhər saat 06:00 radələrində şəhər mərkəzindəki Atalayas səmtindəki bir əyləncə məkanında yanğının baş verdiyi bildirilib.

Yanğın zamanı 13 nəfərin öldüyü, 4 nəfərin yaralandığı bildirilib. 

Açıqlamada ölənlərin 22-45 yaş arasında olduğu və yaslı ailələrə psixoloji dəstək üçün ekspert qruplarının göndərildiyi, əyləncə məkanında olduğu düşünülən bəzi şəxslərdən xəbər olmadığı vurğulanıb.

Bu arada Mursiya Bələdiyyəsi yanğın fəlakəti ilə əlaqədar 3 günlük matəm elan etdiyini açıqlayıb.

Gülay
OXŞAR XƏBƏRLƏR