Əmlak məsələləri üzrə ekspert Elnur Azadovun sözlərinə görə, çıxarışı olan həm çoxmənzilli binalardakı mənzillər, həm də fərdi yaşayış evləri alıcı üçün daha etibarlı hesab olunur.
Vətəndaşlar Kənardan daha sərfəli görünən müqaviləli mənzillərə də maraq göstərirlər bu da bəzi halalrda onlara baha başa gəlir. Çünki, alqı-satqı zamanı hüquqi vəziyyəti tam aydın olmayan əmlakla bağlı sonradan mülkiyyət hüququnun rəsmiləşdirilməsi, satış və digər hüquqi prosedurlarda çətinliklər yarana bilər.
Buna görə də mütəxəssislər mənzil alarkən aşağı qiymətin cazibəsinə aldanmamağı, ilk növbədə əmlakın hüquqi vəziyyətini araşdırmağı tövsiyə edirlər.
/Xəzər TV











































