AZXEBER.COM xəbər verir ki, jurnalda 2007-2015-ci illərdə Azərbaycan Gənclərinin Xaricdə Təhsil Proqramı çərçivəsində məzun olmuş gənclərin uğur hekayələri, müsahibələri, həyat təcrübələri və s. bu kimi yazılara yer ayrılıb.
Tədbirdə çıxış edən ASAIF-in baş katibi Nəcibə Mustafayeva qeyd edib ki, xaricdə təhsil alan gənclərlə bağlı jurnalın ərsəyə gəlməsində məzunların çox böyük rolu olub.
Daha sonra tədbirdə xaricdə təhsil alan gənclər və məzunlar çıxış ediblər.
Qeyd edək ki, bu layihə Azərbaycan Gənclər Fondunun 3-cü qrant müsabiqəsinin qalibi olub və fondun dəstəyiylə həyata keçirilir
Mərasimdən fotoları təqdim edirik: