Fərdi layihə rəhbəri Sara Qarayevanın təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə keçirilən "Eyni Ulduz Altında” Əlilliyi olan gənclərin yaradıcılıq festivalı layihəsi yekunlaşdı
Layihə rəhbəri Sara Qarayeva bildirib ki, festivalın əsas məqsədi gənclərin bacarıqlarının üzə çıxarılmasına və artırılmasına kömək etmək, habelə uşaq və yeniyetmələrdə yaradıcılığa maraq oyatmaqdır.
Mərkəz mütəmadi olaraq, müxtəlif regionlarda istedadlı uşaqların, yeniyetmə və gənclərin üzə çıxarılması üçün proqramlar reallaşdırır. Bu festivalda həmin istedadlı gənclərin yaradıcılığı təqdim edilir.Bu tip layihələr yaradıcılıq qabiliyyəti olan yeniyetmə və gənclərin bacarıqlarını inkişaf etdirmələri, özlərini cəmiyyətə tanıtdırmaları üçün imkanlar təqdim edir.
Bu gənclərin yalnız yaradıcılıq sahəsində deyil, eyni zamanda, özlərinin şəxsi inkişafları və təşəbbüskarlıqlarının artırılması üçün müxtəlif təlimlər, oyun və müsabiqələr keçirilib.









































