Eynicinsli nikahların əleyhinə səs verən deputat homoseksual oğlunun toyunda iştirak edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da deputat eynicinsli nikahlara qarşı olan qanun layihəsinin əleyhinə səs verdikdən az sonra homoseksual oğlunun toyunda iştirak edib.
Maraqlı hadisə ABŞ-ın Pensilvaniya ştatında baş verib. Deputat Glenn Tompson geylərin hüquqlarını qoruyan qanun layihəsinə qarşı çıxan 157 məclis üzvündən biri olub.
Tompsonun sözçüsü Maddison Stoun verdiyi açıqlamada Tompson ailəsinin yeni kürəkənlərini ailələrində qarşılamaqdan məmnun olduqlarını bildirib.
Ayşən