Albert Eynşteynin 1939-ci ildə nasist təhlükəsini qələmə aldığı məktubu hərracda on dördmin dollara satılıb.
Nobel mükafatlı fizik Eynşteynin Nyu Yorkda yaşayan dostu Hyman Zinneyə yazdığı məktubda Avropada yəhudiləri gözləyən nasist təhlükəsini təsvir edib.
Yeddi min dollara satılması gözlənilən məktubun yeni sahibi onu almaq üçün on dörd min dollar ödəyib.
Qeyd edək ki, Albert Eynşteyn Almaniyada nasistlərin iqtidarının güclənməsiylə 1933-ci ildə ölkəni tərk etmişdi.