Böyük Britaniyada alim Albert Eynşteynə məxsus skripka 200-300 min funt-sterlinq (təxminən 460-689 min manat - red.) qiymətinə hərraca çıxarılıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə İngiltərənin "Dominic Winter" hərrac evi məlumat yayıb.
Hərrac oktyabrın 8-də hərrac keçiriləcək.
Nəşrin məlumatına görə, Nobel mükafatı laureatı və nisbilik nəzəriyyəsinin müəllifi bu musiqi alətini 1890-cı illərin ortalarında Sürix Politexnik Məktəbində təhsil almaq üçün İsveçrəyə yola düşməzdən bir müddət əvvəl Almaniyada əldə edib.
Eynşteyn uşaq ikən anası Paulinanın təkidi ilə skripkada ifa etməyə başlayıb.
///oxu.az