İyulun 26-sı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda keçirdiyi mətbuat konfransında jurnalist deyib ki, hərəkatın yaranmasına səbəb ölkədə insan haqlarının ifrat dərəcədə pozulmasıdır. Avtoritar rejimdə insan haqları uğrunda mübarizəni ən önəmli məsələ adlandıran jurnalist haqları pozulanları hərəkatın sıralarına qoşulmağa, fəal mübarizəyə səsləyib.
“Turan”ın məlumatına görə, Eynulla Fətullayev bildirib ki, ictimai hərəkat ofis götürüb, sənədlər Ədliyyə Nazirliyinə göndərilib.