"30 il sonra o torpaqlara köçürülən sakinlər, öz torpaqlarında səs verəcəklər. Bundan gözəl nə ola bilər?"
Bu fikirləri AZXEBER.COM-a xalq artisti Eyyub Yaqubov 7 fevralda baş tutacaq Prezident seçkiləri ilə bağlı danışarkən deyib.
"Bu tarixi hadisə hər birimizin yaddaşından silinməyəcək. Çünki bu il xalqımız bütöv Azərbaycan olaraq seçkiyə hazırlaşır. 30 il sonra o torpaqlara köçürülən sakinlər, öz torpaqlarında səs verəcəklər. Bundan gözəl nə ola bilər? Allah xalqımızı qorusun və seçki günü hamı bir nəfər kimi ən layiqli namizədə səs versin. Məncə hər zaman olduğu kimi bu dəfə də Azərbaycan xalqı öz birliyini nümayiş etdirəcək".
Aysel Hacızadə