Eyyub Yaqubov: "İnanıram ki, bu dəfə də Azərbaycan xalqı öz birliyini nümayiş etdirəcək"

Eyyub Yaqubov: "İnanıram ki, bu dəfə də Azərbaycan xalqı öz birliyini nümayiş etdirəcək"
MƏDƏNİYYƏT
10:26 06.02.2024
948
"30 il sonra o torpaqlara köçürülən sakinlər, öz torpaqlarında səs verəcəklər. Bundan gözəl nə ola bilər?"
 
Bu fikirləri AZXEBER.COM-a xalq artisti Eyyub Yaqubov 7 fevralda baş tutacaq Prezident seçkiləri  ilə bağlı danışarkən deyib.  
 
"Bu tarixi hadisə hər birimizin yaddaşından silinməyəcək. Çünki bu il xalqımız bütöv Azərbaycan olaraq seçkiyə hazırlaşır. 30 il sonra o torpaqlara köçürülən sakinlər, öz torpaqlarında səs verəcəklər. Bundan gözəl nə ola bilər? Allah xalqımızı qorusun və seçki günü hamı bir nəfər kimi ən layiqli namizədə səs versin. Məncə hər zaman olduğu kimi bu dəfə də Azərbaycan xalqı öz birliyini nümayiş etdirəcək".
 
Aysel Hacızadə
OXŞAR XƏBƏRLƏR