Eyyub Yaqubov onu ‘öldürənlər’dən danışdı

MAQAZİN
12:55 02.10.2013
1883

Bu gün əməkdar artist Eyyub Yaqubovun ölüm xəbərləri medianın gündəminə gəldi.

ATV-nin “Ümid var” proqramında müğənni Eyyub Yaqubovun vəfat etdiyi barədə xəbər yayılıb. Müğənni ilə bağlı yayılan dəhşətli məlumatı dəqiqləşdirməyə çalışıblar.

Müğənni verilişə canlı telefonla qoşularaq xəbərlərin şayiə olduğunu deyib: “Bu xəbəri eşidib dəhşətə gəldim. Demək ki, bu həyatdan hər şey gözləmək olar. Çaş-baş qaldım... Bütün yaxınlar, dostlar, tanışlar zəng edib soruşurlar ki, bu nədir? Vallah deyirəm, bilmirəm hardan çıxıb bu xəbər. Hamı bilsin ki, sağ-salamatam, ölməmişəm, hər şey yaxşıdır."

OXŞAR XƏBƏRLƏR