"Əzab çəkirik, ağrılar olur" - Zülfiyyə

"Əzab çəkirik, ağrılar olur" - Zülfiyyə
MAQAZİN
12:53 21.11.2018
6873
"Əslində, biz üzdə olan insanlar digərlərindən seçilirik. Əgər biz doğru nümunə olmuruqsa, bu bizim zəifliyimiz, günahımız və səhv mövqeyimizdir. Doğru istiqamətə yön tutmaq missiyamızdır. Bu, Allahın bir imtahanı idi, mənim qarşıma çıxdı. Bəlkə də onun vasitəsilə Allah mənə bir şans verdi ki, insanlardan qorxunu, ölüm xofunu götürüm".

AZXEBER.COM xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında aparıcı Zülfiyyə Bayramova deyib. Xərçəng xəstəliyindən əziyyət çəkən aparıcı keçirdiyi ağır günlərdən danışıb:

"Doğulduğumuz gündən hər birimiz ölümün növbəsinə dayanmışıq. Kimin növbəsi harda çatsa, orda öləcək. İstəyirsən xərçəng ol, istəyirsən olma. Mən bunu insanlara çatdırmaq istədim ki, hər halımızda şükür etməyi bacarmalıyıq. Allahın vediyi hər bir sınaqdan üzüağ çıxamağı bacarmağa layiq olmalıyıq. Şükür ki, istəyimə az da olsa çatıram. Çünki bir çox xəstələr məndən pozitiv enerji alır, məni görüşə dəvət edir. Onlarla görüşə gedirəm. Artıq onkoloji xəstəxanada başıaçıq gəzirlər. 

Bilirlər ki, xəstəlik dövründə kimyaterapiyadan sonra saç tökülür. Onu biz bağlayanda əzab çəkirik. Çünki ağrılar olur, istəyirsən rahat olasan. Bir tərəfdən də başı bağlayıb insanlardan gizlənməklə artıq depressiyaya düşürsən. Elə bil ki, xəstəliyin üzərinə birini də sən əlavə etmiş olursan. Mən onları bu depressiyadan qurtardım. 

Xərçəng ölüm deyil. Amma adını eşidəndə ağlayırıq ki, öləcəyik. Vaxtı çatanda hamı öləcək. O vaxt çatana qədər şükür etməyi, pozitiv olmağı bacarmalıyıq".

Zülfiyyə həyat yoldaşı İlqar Mikayıloğludan da söz açıb:
 
"İlqarı sevirdim, amma onu bu yolda daha çox sevdim. İkinci dəfə aşiq oldum. İnsan öz körpə balasına necə baxırsa, o da elədir. O, mənə yoldaşı kimi yox, övladı kimi baxır. Hərdən otururuq evdə bir gözü məndədir ki, birdən nəsə olar. Maşında oturanda  deyirəm ki, qabağa bax. Deyir baxıram da, arabir sənə də baxım. Bütün qadınlara belə həyat yoldaşı arzulayıram və kişilərə səslənirəm. Əgər yoldaşınız xəstə olanda buraxıb gedəcəksinizsə, onun ömrü Allahın əlindədir. Elə olar ki, bir gün siz elə hal yaşayarsınız və ona möhtac olarsınız. Bir-birinizdən möhkəm tutun".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - “Payız fürsəti”
13:22 22.10.2026
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - “Payız fürsəti”
Dünyanın ən qəribə 5 peşəsi: Başqalarının əvəzinə yas tutur, növbədə gözləyirlər
13:05 22.10.2026
Dünyanın ən qəribə 5 peşəsi: Başqalarının əvəzinə yas tutur, növbədə gözləyirlər
Səhiyyədə ən çox nədən narazısınız? – VİDEOSORĞU
13:00 22.10.2026
Səhiyyədə ən çox nədən narazısınız? – VİDEOSORĞU
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
12:51 22.10.2026
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Mirzoyan: Azərbaycanla sülhün tezliklə imzalanması Ermənistan hökumətinin öhdəliyidir
12:50 22.10.2026
Mirzoyan: Azərbaycanla sülhün tezliklə imzalanması Ermənistan hökumətinin öhdəliyidir
İcra başçısı təyin edilən Orxan Məmmədov kimdir? - DOSYE
12:28 22.10.2026
İcra başçısı təyin edilən Orxan Məmmədov kimdir? - DOSYE
Prezident Yardımlıya icra başçısı təyin etdi
12:21 22.10.2026
Prezident Yardımlıya icra başçısı təyin etdi
Vəzifəsindən azad edilən Elçin Yusubov kimdir? - DOSYE
12:18 22.10.2026
Vəzifəsindən azad edilən Elçin Yusubov kimdir? - DOSYE
Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi
12:17 22.10.2026
Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi
Qızını qorumaq üçün kürəkənini öldürmüşdü - Azadlığa buraxıldı
12:15 22.10.2026
Qızını qorumaq üçün kürəkənini öldürmüşdü - Azadlığa buraxıldı
Paşinyan: Azərbaycanla sülh sazişinin 2031, hətta 2029-cu ilə qədər təxirə salınması planımızda yoxdur
12:08 22.10.2026
Paşinyan: Azərbaycanla sülh sazişinin 2031, hətta 2029-cu ilə qədər təxirə salınması planımızda yoxdur
Milli Məclis: Fransada baş verənlər hökumətin siyasi iflasının göstəricisidir
12:00 22.10.2026
Milli Məclis: Fransada baş verənlər hökumətin siyasi iflasının göstəricisidir
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti!
11:52 22.10.2026
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti!
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq
11:49 22.10.2026
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq
“Yaşıl Qarabağ” azad olunmuş ərazilərdə 500-dən çox ağac əkib - FOTOLAR
11:43 22.10.2026
“Yaşıl Qarabağ” azad olunmuş ərazilərdə 500-dən çox ağac əkib - FOTOLAR
Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı
11:30 22.10.2026
Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı