İzmirin Alaçatı bölgəsində yerləşən əyləncə məkanında silahlı hücum baş verib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, məkanın sahibi və aktrisa Ezgi Molanın keçmiş həyat yoldaşı Mustafa Aksakallı ayağından yaralanıb.
Ətrafda olan bəzi şəxslər isə şüşə qırıntılarının saçılması nəticəsində yüngül xəsarətlər alıb. Hadisə ilə bağlı istintaq başladılıb və hücum anı mobil telefon kamerası ilə qeydə alınıb.
İddialara görə, təşkil olunmuş cinayətkar qruplaşmalardan birinin üzvünün oğlu olan M.E.A. və yanında olan H.K.A. adlı şəxs spirtli içki qəbul etdikdən sonra məkanın daxilinə gələrək səs-küy salıblar.