Britaniyalı alimlər aclıq çəkmədən arıqlamağın sirrini açıqlayıb. Mütəxəssislər müəyyən ediblər ki, qidanı diqqətlə çeynəmək vərdişi kalorinin müsbət mənimsənilməsinə kömək edir. Əgər hər bir tikə 30 saniyə çeynənərsə, bu, çəkinin itirilməsi ilə nəticələnər.Yeməyi daha çox çeynəyən adamlar az yeyir və şam yeməyindən asanlıqla imtina edə bilirlər. Bu fakt aparılan təcrübə zamanı müəyyən edilib. Belə ki, təcrübə iştirakçıları üç qrupa bölünüb. Birinci qrup yeməyi adət etdiyi rejimdə, ikinci qrup on saniyə ərzində çeynəyib, üçüncü qrup isə növbəti tikəni udduqdan sonra 30 saniyə fasilə verib. Məlum olub ki, qidanı yarım dəqiqə çeynəyənlər axşam aclıq hiss etməyib.