AZXEBER.COM portalının “BBC”yə istinadən verdiyi xəbərə görə, cənab Həmmam FİFA-nın rəhbərliyinə namizədliyini geri götürüb və indi adının bu iddialardan təmizlənməsinə çalışır.
O Karib Körfəzindən olan futbol rəsmilərinə pul bağlamaları verməkdə günahlandırılır.
Sepp Blatter isə bu məsələdən xəbərdar olmaqda və heç bir tədbir görməməkdə ittiham olunur. Bütün bu qalmaqal FİFA-nın imicinə böyük ziyan vurub.