AZXEBER.COM portalının verdiyi məlumata görə, Fənərbaxça klubunun prezidenti Əziz İldırımın həbsi bütün ölkədə səs-küyə səbəb olub. İki gün əvvəl məhkəməyə gətirilən ancaq səhhətindəki narahatçılıq üzündən 2 dəfə xəstəxanaya aparılan klub prezidenti ötən gün 4 saat çəkən dindirmənin sonunda 14 saylı Ağır Cinayətlər üzrə Məhkəmənin hökmü ilə tutulub.
Əziz İldırımın həbsinin ardından küçələrə axışan Fənərbaxça tərəfdarları etiraz aksiyalarına başlayıb. Əziz İldırımın aparıldığı “Metris” həbsxanasının önünü kəsən tərəfdarlar polisə qarşı güc tədbiq edib. Trabzonsport klubun tərəfdarlarının fənərbaxçalılara dəstək verməsi isə insidentin daha da, böyüməsinə gətirib çıxardıb. Bunun ardından polis, təhlükəsizlik tədbirlərini gücləndirib.