Fərid Şahbazlı: "Bu tərbiyəsizliyi qətiyyətlə pisləyirik" (AÇIQLAMA)

MARAQLI
15:55 09.06.2011
2166

Müxalifət cəbhəsini təmsil edən Elnarə Milli adlı saxta profil sahibi tərəfindən ələ keçirilən səhifəyə saytın profilinə, mövqeyinə uyğun olmayan materiallar yerləşdirilib.

Məsələni aydınlaşdırmaq məqsədilə portalın baş redaktoru Fərid Şahbazlı ilə əlaqə saxladıq. O AZXEBER.COM-a bu haqda eksklüziv açıqlama verdi: “Qaynar.info” xəbər portalının “Facebook”dakı rəsmi fan-səhifəsi müxalifət cəbhəsini təmsil edən Elnarə Milli adlı saxta profil sahibi tərəfindən ələ keçirilib. O özü bu haqda səhifədə yazıb. Biz düşünürük ki, bu müxalifət düşərgəsinin portalımıza qarşı olan hücumlarının nəticəsidir. Son 1 həftədir ki, “qaynar.info”ya tez-tez hücumlar olur, viruslar göndərilir. Bizim son zamanlar müxalifət daxilində baş verən iyrənclikləri elə müxalifətçilərin öz dilindən ifşa etməyimiz, digərlərinə etika dərsi keçən müxalifətçilərin əsl simasını ortaya qoymağımız onları narahat edir və bu cür tərbiyəsiz addımlar atırlar. Mən buradan bəyan edirəm ki, biz artıq sabahdan məsələylə bağlı hüquq mühafizə orqanlarına müraciət edəcəyik. Və sizin portalınız vasitəsilə deyirəm ki, bu dəqiqədən etibarən səhifədə əksini tapan materiallara görə, sayt məsuliyyət daşımır və bu tərbiyəsizliyi qətiyyətlə pisləyir! Ola bilər ki, bu tipli məlumatlar, xəbərlər sayta da yerləşdirilsin, ümid edirəm ki, bunu edənlər tezliklə cavablarını alacaq.

Qeyd edək ki, Qaynar.info Milli Xəbər Portalının “Facebook” sosial şəbəkəsində 6500-ə yaxın üzvü var və hazırda səhifəyə müxalifyönümlü təhqiredici materiallar yerləşdirilir.


OXŞAR XƏBƏRLƏR