Fabio Kannavaro istefaya göndərilib

Fabio Kannavaro istefaya göndərilib
İDMAN
19:09 09.04.2025
586
Xorvatiyanın "Dinamo” klubunun baş məşqçisi Fabio Kannavaro istefaya göndərilib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Dinamo" Xorvatiya çempionatında keçirdiyi son oyunda "İstra"ya 0:3 hesabı ilə uduzub.

51 yaşlı mütəxəssis dekabrın sonundan Zaqreb təmsilçisini çalışdırırdı. Komanda italiyalı mütəxəssisin rəhbərliyi altında meydana çıxdığı 14 rəsmi oyunda 7 qələbə qazanıb, 2 heç-heçə edib, 5 dəfə məğlubiyyətlə üzləşib.

Qeyd edək ki, "Dinamo” hazırda Xorvatiya çempionatının turnir cədvəlində 46 xalla 3-cü pillədə qərarlaşıb.
OXŞAR XƏBƏRLƏR