Facebook 104 yaşlı nənədən üzr istədi

Facebook 104 yaşlı nənədən üzr istədi
17:21 21.02.2013
1925

Facebook sosial şəbəkəsi Miçiqan sakini 104 yaşlı Marqerit Cozefdən, yaşını gizlətməyə məcbur qaldığına görə üzr istədi.AZXEBER.COM-un “İnterfaks”a istinadən verdiyi xəbərə görə, qadının nəvəsi Qeyl Marlou Facebook-un onun nənəsinə yaşını doğru göstərməyə imkan yaratmadığını bildirib.O, bir neçə dəfə doğum ilini 1908-ci il göstərməyə cəhd etsə də, sosial şəbəkə yenə də onu 1928-ə dəyişirdi.Marqerit Cozef kordur və pis eşidir, ancaq nəvəsinin köməyi ilə Facebook-a gələn bütün ismarıclara cavab verir. Marlou WDIV-TV telekanalına müsahibəsində nənəsinin səhifəsində onun əsl doğum tarixini görə bildiyinə görə sevindiyini bildirib.Facebook-un rəsmi təmsilçisi Endryu Noyz bildirib ki, sosial şəbəkədə 1910-cu ildən əvvəl anadan olmuş adamların öz doğum tarixini göstərə bilmələri və sistemdə olan başqa çatışmazlıqlar üzərində işlər davam edir.

OXŞAR XƏBƏRLƏR