"Facebook" şirkəti işçilərin ofisdən çalışması ilə bağlı tələbini 2022-ci ilədək təxirə salıb.
AZXEBER.COM xəbər verir ki, buna səbəb ABŞ-da "Delta" ştamının sürətlə yayılmasıdır.
"Delta" ştammının və ümumilikdə yoluxma hadisələrinin artmasını nəzərə alaraq, ABŞ-dakı işçilərimizdən 2022-ci ilin yanvarına qədər ofisə qayıtması tələb olunmayacaq",- şirkətin məsələ ilə bağlı yaydığı məlumatda deyilir.
Qeyd edək ki, bir müddət öncə şirkət oktyabr ayında ofisdəki iş rejiminin əvvəlki qaydayla bərpa etməyi planlaşdırmışdı.
Qeyd edək ki, bir müddət öncə şirkət oktyabr ayında ofisdəki iş rejiminin əvvəlki qaydayla bərpa etməyi planlaşdırmışdı.