'Facebook' Bakıda ölümə səbəb oldu

22:26 17.06.2012
3308
Bakının Səbayel rayonu ərazisində qətl olub. Rayon prokurorluğundan verilən məlumata görə, Qaradağ rayon sakini Toğrul Kərimli Bibiheybət qəsəbəsində öldürülüb. Üzərində çoxsaylı bıçaq xəsarəti olan meyit dənizin sahilində aşkarlanıb. Qətlin 22 yaşlı paytaxt sakini Elnur Cahangirov tərəfindən törədildiyi müəyyən edilib. E.Cahangirov polis tərəfindən tutulub. O, ilkin dindirmə zamanı T.Kərimli ilə sosial şəbəkələrdə tanış olduğunu və aralarında yaranmış mübahisə üstündə onu öldürdüyünü deyib.
OXŞAR XƏBƏRLƏR