Facebook-da mübahisəyə görə qız öz rəfiqəsini 65 dəfə bıçaqladı

DÜNYA
19:00 01.04.2014
2848
ABŞ-da 16 yaşlı Elizabet Qutyeres rəfiqəsi Anel Baez ilə sosial şəbəkədəki mübahisədən o qədər qəzəblənir ki, onu 65 bıçaq zərbəsi ilə öldürüb.
AZXEBER.COM “Metro” nəşrinə istinadən xəbər verir ki, rəfiqəsi onların açıq-saçıq fotolarını sosial şəbəkədə yaymasından qəzəblənən Elizabet Twitter sosial şəbəkəsində onu öldürməklə hədələyib.
Lakin bunu zarafat kimi qəbul edən Anel Elizabeti evlərinə qonaq dəvət edir ki, yaranmış vəziyyəti aydınlaşdırsın.
Rəfiqəsinin evinə gələn Elizabet nə isə götürmək bəhanəsi ilə mətbəxə keçib və tapdığı mətbəx bıçağı ilə Anelə 65 zərbə vuraraq öldürüb.
Polisin məlumatına görə hadisədən sonra qız ətrafa və paltarına bulaşan qanı təmizləməyə çalışıb.
Bundan sonra o da başqaları kimi rəfiqəsinin ölümündən kədərləndiyini göstərmək istəsə də bir müddət sonra qatil məlum olub.
OXŞAR XƏBƏRLƏR